ŞAMAXIDA AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI FORUMU İŞƏ BAŞLAYIB

Azərbaycanda Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində gerçəkləşib.

Mədəniyyət naziri Adil Kərimli tədbirin açılış mərasimində çıxış edərək, ölkəmizdə ilk dəfə təşkil olunan Forumun əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Forumun təşkili Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən silsilə layihənin tərkib hissəsidir. Ümummilli Liderin 100 illiyinə həsr edilmiş Forumun xüsusi önəm kəsb etdiyi diqqətə çatdıran nazir deyib: “Ulu Öndər Heydər Əliyev hər zaman ana dilimizin – Azərbaycan dilinin inkişafına və təmizliyinə xüsusi diqqət yetirib. Bu gün bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Forumdan əsas gözləntilər problemləri ortaya çıxarmaq, onları müzakirə etmək və nəhayət, bu problemləri dövlət strategiyasında gələcək üçün nəzərə almaqdır”.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan dilinin inkişafı və müfəssəlləşməsi qarşıda duran ümdə vəzifələrdəndir. Dilimizin Azərbaycandan kənarda yaşayan daşıyıcılarının təhsillə bağlı problemləri olduğunu vurğulayan nazir bildirib: “Bu tədris ilindən etibarən xarici ölkələrdə yaşayan həmvətənlərimiz üçün onlayn Azərbaycan dili dərsləri keçiriləcək. Sevindirici haldır ki, artıq 400-dən artıq müraciət olub. Düşünürəm ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üçün bu, vacibdir”.

Açılış çıxışlarından sonra Azərbaycan dilinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Forum “Qloballaşmanın Azərbaycan dilinə təsiri və Ana dilimizin saflığının qorunması mexanizmləri” mövzusunda panel iclası ilə davam edir.

Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin qatıldıqları Forum işini sentyabrın 3-4-də Bakıda davam edəcək. Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı Forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatının rolu, ana dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə müzakirələr aparılacaq.

Mütəxəssislərin Forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında əksini tapacaq.

Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu işə başlayıb (FOTO)