ŞAMAXI VƏ XIZIDA ZƏLZƏLƏ OLUB

Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ olub.

Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, yerli vaxtla saat 10:18-də baş verən zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.