
Pirqulu stansiyasından 15 kilometr cənub-qərbdə yerli vaxtala 16:02:43-də Şamaxı rayonunda 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, dərinliyi 7 kilometr olan zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Yerli vaxtla 16:04:59-da yenidən Şamaxı və Xızı rayonlarında 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Dərinliyi 4 kilometr zəlzələ hiss olunmayıb.