SALVADOR SAHİLLƏRİNDƏ 6,6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Salvador sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Çirilaqua şəhərindən 51 kilometr cənub-şərqdə yerləşir. Zəlzələnin ocağı 53 kilometr dərinlikdədir.

Sunami təhlükəsi elan edilməyib.