SAKİT OKEANIN DİBİ İLƏ 15 MİN KİLOMETRLİK KABEL ÇƏKİLƏCƏK

İndoneziya, Sinqapur və ABŞ şirkətləri Sakit okeanın dibi ilə telekommunikasiya kabeli çəkəcək.

Cənub-Şərqi Asiyanı ABŞ-la birləşdirən kabel 5G texnologiyalı rabitə xidmətlərini təmin edəcək.

Uzunluğu 15 min kilometr olacaq kabelin çəkilişi 2024-cü ilədək başa çatacaq və Sakit okeanda ən iri layihə olacaq.