ŞAHMATÇIMIZ VÜQAR RƏSULOV “SKOPJE” AÇIQ TURNİRİNDƏ MƏĞLUBİYYƏTSİZ ÇIXIŞINI DAVAM ETDİRİR

Şimali Makedoniyada keçirilən “Skopje” açıq turnirində Azərbaycan şahmatçısı Vüqar Rəsulov uğurlu çıxışını davam etdirir.

Təmsilçimiz yeddincı turda Luka Draskovic (Montenegro) ilə heç-heçə edib. Beləliklə, altı xal toplayan V.Rəsulov turnir cədvəlində FIDE bayrağı altında çıxış edən Anton Demçenko və Luka Draskoviç (Monteneqro) ilə ilk üç pilləni bölüşür. V.Rəsulov növbəti turda monteneqrolu Nikola Djukic ilə üz-üzə gələcək.

Qeyd edək ki, İsveçrə sistemi üzrə təşkil edilən turnir 9 turdan ibarətdir.