SAHİL BABAYEV: MACARISTAN ŞİRKƏTLƏRİ AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ TİKİNTİ PROQRAMINDA İŞTİRAK ETMƏYƏ HAZIRLAŞIR

Macarıstan şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində tikinti proqramında iştirak etməyə hazırlaşır.
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığa dair mətbuat konfransında deyib.
O bildirib ki, həmin ərazilərdə artıq genişmiqyaslı tikinti işləri başlayıb: “Hər iki ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq barədə birgə bəyannamə” əməkdaşlığın genişlənməsinə xidmət edir. Ölkələrimiz arasında əlaqələr genişlənir. Səmərəli əməkdaşlığımızı ticarət əlaqələri, qarşılıqlı ticarət dövriyyəsinin artması, o cümlədən ötən il Macarıstandan Azərbaycana idxalın 8 faiz, Azərbaycandan Macarıstana ixracın 60 faiz artması təsdiq edir”.