SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMALARIN DAYANDIRILMASI MÜDDƏTİ DAHA 1 İL UZADILIB

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilir.

Bu Qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir.