
Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Sənədə əsasən, sahibkarlıq sahəsində yoxlamaların aparılması daha bir il dayandırılıb.
Bu Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, sözügedən qərar bu ilin yanvarın 1-də başa çatmışdı.