SAHİBKARLIQ SAHƏSİNDƏ APARILAN YOXLAMALARIN DAYANDIRILMASI BİR İL MÜDDƏTİNƏ UZADILIB

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılır.

Qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir.