SAHİBKARLIQ SAHƏSİNDƏ APARILAN YOXLAMALARIN 2024-CÜ İLƏ QƏDƏR DAYANDIRILMASI BARƏDƏ QANUN TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “2023-cü” sözləri “2024-cü” sözləri ilə əvəz edilib.

Bu Qanun 2023-cü il yanvarın 1-dən tətbiq edilir.