SAHİBKARLIĞIN İNKİŞAFI FONDUNA SƏDR MÜAVİNİ TƏYİN EDİLİB

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna sədr müavini təyin edilib.

Bu vəzifəyə Emin Şirinov təyinat alıb.

Qeyd edək ki, o, 1978-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini “Mühasibat uçotu və audit” ixtisası üzrə bitirib.

2020-2022-ci illərdə Azərbaycan Kooperasiya Universitetində “Bank işi” ixtisası üzrə təhsil alaraq magistratura pilləsini bitirib.

1997-ci ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində “NORD” EİB-də (“Dalğa” EİM) mühasib vəzifəsində əmək fəaliyyətinə başlayıb.

2003-2018-ci illərdə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda aparıcı mütəxəssis, baş mütəxəssis, şöbə müdiri vəzifələrini icra edib.

2018-2019-cu illərdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda şöbə rəisi vəzifəsində fəaliyyət göstərib.

2019-cu ilin avqust ayından Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunda fəaliyyətini davam etdirərək baş mütəxəssis, şöbə müdiri vəzifələrində çalışıb.

Dövlət qulluğunda “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi var.