SAHİBƏ QAFAROVA: VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏ ÖLKƏMİZİN QARŞISINDA TAMAMİLƏ YENİ PERSPEKTİVLƏR AÇIB

2020-ci il ölkəmizin dövlətçilik və müstəqillik tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Sahibə Qafarova bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın apardığı 44 günlük Vətən müharibəsi zəfərlə başa çatıb.
Spiker vurğulayıb ki, Vətən müharibəsində qələbə ölkəmizin qarşısında tamamilə yeni perspektivlər açıb.