SADIR JAPAROV PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG EDİB

Dekabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Sadır Japarov Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı diləyib.

“Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qırğızıstan Prezidentinə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Qırğızıstan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar” – məlumatda deyilir.