SABİRABAD AVTOMOBİL YOLLARININ ƏSASLI TƏMİRİ İLƏ BAĞLI 2,9 MİLYON MANAT AYRILIB – SƏRƏNCAM

Prezident İlham Əliyev Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon (iki milyon doqquz yüz min) manat ayrılıb.