SABİR HACIYEV “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLİB – SƏRƏNCAM

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilir.