“SABAHIN ALİMLƏRİ” XIII RESPUBLİKA MÜSABİQƏSİNİN BAĞLANIŞ MƏRASİMİ KEÇİRİLİB

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin final mərhələsinin bağlanış mərasimi keçirilib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış ediblər. Sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş edilib.

Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə sertifikatlar təqdim olunub. Qalib layihələrin elmi rəhbərlərinə isə təşəkkürnamələr veriləcək.

Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilib.