“SABAHIN ALİMLƏRİ” XIII RESPUBLİKA MÜSABİQƏSİ BAŞLANIR

Aprelin 17-dən “Sabahın alimləri” XIII respublika müsabiqəsinə start verilir.

Təhsil İnstitutundan bildirilib ki, IX-XI sinif şagirdləri 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə layihələrini müsabiqəyə təqdim edəcəklər.

Müsabiqə 3 gün davam edəcək.