“SABAHIN ALİMLƏRİ” MÜSABİQƏSİ ÇƏRÇİVƏSİNDƏ SƏRGİDƏ İŞTİRAK EDƏCƏK ŞAGİRDLƏR MÜƏYYƏN OLUNUB

“Sabahın alimləri” XIII respublika müsabiqəsində iştirak edən IX-XI sinif şagirdlərinin elmi-tədqiqat işləri meyarlara uyğun olaraq qiymətləndirilib.

Təhsil İnstitutundan bildirilib ki, müsabiqə çərçivəsində Bakı şəhərində keçiriləcək sərgiyə qəbul olunan layihələr artıq seçilib.

Qeyd edilib ki, müsabiqənin Azərbaycandakı final mərhələsinin – sərginin yeri və tarixi haqqında yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Seçilən layihələrin siyahısı ilə institutun saytından tanış olmaq mümkündür.