SABAH YOLLARDA GÖRÜNÜŞ MƏSAFƏSİ MƏHDUDLAŞACAQ

 

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq.

Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Belə ki, yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.