SABAH TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ QAZAXISTANA DAİR İCLASI KEÇİRİLƏCƏK

Türk Dövlətləri Təşkilatına (TDT) müddətli sədrlik edən Türkiyənin təklifi ilə TDT Xarici İşlər Nazirləri Şurasının təşkilata üzv və müşahidəçi ölkələrin iştirakı ilə növbədənkənar iclası yanvarın 11-də keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Video-konfrans formatında keçiriləcək iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunacaq.