Sabah Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu baş tuta bilər.
Bu barədə Ukrayna KİV-ləri yazır.
Qeyd edək ki, fevralın 28-də tərəflər arasında danışıqların birinci mərhələsi keçirilmişdi.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirmişdi ki, növbəti görüş yaxın günlərdə Belarus-Polşa sərhədində keçirilə bilər.