SABAH ÖLKƏDƏ HAVA ƏSASƏN YAĞMURSUZ KEÇƏCƏK

Azərbaycanda iyulun 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 40-50 faiz, gündüz 65-75 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Cənub-qərb küləyi əsəcək, səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 24-25° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.