SABAH ÖLKƏ ƏRAZİSİNDƏ YAĞMURLU HAVA ŞƏRAİTİ GÖZLƏNİLİR

Azərbaycanda fevralın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Səhərdən yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2°-dək isti, gündüz 3°-dək isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək – 773 millimetr civə sütunu, nisbi rütubət 70-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-8° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15°, gündüz 2-6° şaxta olacağı bildirilir.

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.