SABAH ÖLKƏ ƏRAZİSİNDƏ HAVA ƏSASƏN YAĞMURSUZ OLACAQ

Azərbaycanda martın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 13-18° isti olacaq.

Atmosfer təzyiqi 761millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 20-25° isti, dağlarda gecə 1-6°, gündüz 9-14° isti olacaq.