
Azərbaycanda aprelin 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 16-21° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı bildirilir.