10 dekabr tarixində Moskvada “Altılıq formatı”nın (“3+3”) ilk iclası keçiriləcək
Bu barədə Türkiyə XİN məlumatı yayıb.
“2021-ci il dekabrın 10-da Moskvada Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək.
Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin müavinləri səviyyəsində qatılacağı iclasda ölkəmizi xarici işlər nazirinin müavini səfir Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək”,- deyə məlumatda bildirilir.