SABAH HAVA ƏSASƏN YAĞMURSUZ OLACAQ

Azərbaycan ərazisində noyabrın 20-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi şəhərətrafı ərazilərində az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 768 millimetr civə sütunu, nisbi rütubət gecə 80-85 , gündüz 70-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-5, gündüz 7-12 dərəcə isti olacağı bildirilir.