SABAH GÜNÜN BİRİNCİ YARISINDA ABŞERON YARIMADASINDA YAĞIŞ YAĞACAQ

Azərbaycanda noyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 10-14, gündüz 16-19 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 768 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-12, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacağı bildirilir.