SABAH BOKS ÜZRƏ DÜNYA ÇEMPİONATI START GÖTÜRƏCƏK

Oktyabrın 24-də Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı start götürəcək.

Mundialda Azərbaycanı 9 boksçu təmsil edəcək. Yığmamızın heyətində Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıblar.

Ümumi mükafat fondu 2,6 milyon dollar olacaq yarışda çempion 100 min dollar qazanacaq. İkinci yerin sahibi 50 min, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq. Dünya çempionatına noyabrın 6-da yekun vurulacaq.