SABAH BAKIDA VƏ ABŞERON YARIMADASINDA HAVA ŞƏRAİTİNİN ARABİR YAĞINTILI OLACAĞI GÖZLƏNİLİR

Dekabrın 14-ü günün birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.