SABAH BAKIDA NÖVBƏTİ DƏFƏ GÜCLƏNDİRİLMİŞ DEZİNFEKSİYA IŞLƏRİ APARILACAQ

Yanvar ayının 2-i səhər saatlarından etibarən Bakının mərkəzində və qəsəbələrindəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.