SABAH BAKIDA 40, RAYONLARDA 41 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ

Azərbaycanda avqustun 5-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 24-29, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacağı ehtimal edilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28, gündüz 35-40, 41 dərəcəyədək isti olacağı gözlənilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, bəzi yerlərdə 38 dərəcəyədək isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, bəzi yerlərdə 36 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Gecə və səhər duman olacağı ehtimal edilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava şəraitinin günəşli olacağı proqnozlaşdırılır. Gecə və səhər duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacağı ehtimal edilir.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada havanın günəşli keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava şəraiti günəşli keçəcək. Gecə və səhər duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-25, gündüz 33-38, dağlarda gecə 21-24, gündüz 29-34 dərəcə isti olacağı proqnozlaşdırılır.