SABAH BƏZİ YERLƏRDƏ 41 DƏRƏCƏ İSTİ OLACAQ, DAĞLIQ ƏRAZİLƏRDƏ YAĞIŞ YAĞACAQ

İyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-37 dərəcə isti olacaq. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Arabir duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 36-41, dağlarda gecə 11-16, gündüz 27-32 dərəcə isti olacaq.