SAAT 10:00-DƏK RESPUBLİKA ÜZRƏ 19.44 FAİZ SEÇİCİ FƏALLIĞI QEYDƏ ALINIB

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair ilk rəsmi məlumat açıqlanıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 10.00-a olan məlumata görə, seçicilərin 19.44 faizinin (1 milyon 259 min 371 nəfər) səs verdiyini bildirib.