SƏUDİYYƏ ƏRƏBİSTANI XİN TEHRANDAKI TERROR AKTINI KƏSKİN ŞƏKİLDƏ PİSLƏYİB

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə silahlı hücumu şiddətlə pislədiyini bildirir.

Bu barədə Krallığın XİN-i tvitterdə paylaşım edib.

“Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Krallığın dost Azərbaycan Respublikası və xalqı ilə bu çətin gündə həmrəyliyini təsdiq edir və Diplomatik missiyanın toxunulmazlığına hörmət etməyə və günahkarların cəzalandırılmasına çağırır”, – paylaşımda deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.