SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ VƏLİƏHDİ PREZİDENT İLHAM ƏLİYEVİ SEÇKİLƏRDƏ İNAMLI QƏLƏBƏSİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud dövlətimizin başçısına səmimi təbriklərini çatdırıb, ona uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.