SƏUDİYYƏ ƏRƏBİSTANI KRALI PREZİDENT İLHAM ƏLİYEVİ SEÇKİLƏRDƏ İNAMLI QƏLƏBƏSİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik edib.

Bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Kral Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə səmimi təbriklərini ifadə edərək uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.