ŞƏT-İN MÜŞAHİDƏÇİLƏR MİSSİYASI BAKIYA GƏLİB

Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gəlib.

Bu barədə ŞƏT-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edir.

Qeyd edək ki, ŞƏT-ə dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.