SƏLİBÇİ MENTALİTETLİ FRANSANIN BUNDAN SONRA ƏN DOĞRU ADDIMI YALNIZ VƏ YALNIZ SUSMAQ OLA BİLƏR – BƏYANAT

Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa Prezidenti Emanuel Makronun bu haqda danışması “ermənidən çox ermənilik etmək”dir və gülüş doğurur.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

“Qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir.

Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər”, – bəyanatda deyilir.