SƏLCUQ BAYRAQDAR ZƏFƏR GÜNÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Bu barədə “Twitter” hesabında paylaşım edib.

“Dursa, qarşımda bütün cahan,
vermərəm öz torpağımdan!

Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının ikinci ildönümü mübarək. Müqəddəs şəhidlərimizin ruhu şad olsun”, – paylaşımda bildirilib.