“Baharash Architecture” memarlıq studiyası Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində “ekoloji tikinti sahəsində ən yaxşı təcrübələri” daxil etməyi təklif edir.
Xarici saytların məlumatına görə, şirkətin mütəxəssisləri bu sahədə dünyanın ən mütərəqqi yeniliklərini tətbiq etməyi düşünür. “Yaşıl tikinti” layihəsinə 550 villa, ekoloji təsərrüfatlar, təhsil müəssisələri və 200 min kvadratmetr günəş panelləri daxildir.
Şəhər tələb olunan enerjinin 50 faizini müstəqil şəkildə istehsal edəcək.