SƏHİYYƏ NAZİRLİYİNİN KOLLEGİYA ÜZVLƏRİNİN SAYI AZALDILIB

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi dəyişib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi 11 nəfərdən 9 nəfərə endirilir. Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsi də kollegiyanın tərkibindən çıxarılır.