SƏHİYYƏ NAZİRLİYİ ETİBARLI İSTEHSALAT TƏCRÜBƏSİNƏ DAİR TƏLƏBLƏRİ MÜƏYYƏNLƏŞDİRMƏLİDİR

Etibarlı İstehsalat Təcrübəsinə dair tələblər müəyyənləşdiriləcək.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyi 3 ay müddətində Etibarlı İstehsalat Təcrübəsinə dair tələbləri müəyyənləşdirməlidir.
Həmçinin, Nazirlik dərman vasitələrinin və dərman maddələrinin idxalına icazənin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.