SƏHİYYƏ NAZİRLİYİ: AZƏRBAYCANDA KORONAVİRUSLA BAĞLI VƏZİYYƏT STABİLDİR

Koronavirus pandemiyası başlayandan bəri xəstələrin sayı hazırda ən aşağı səviyyədədir.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “İnstagram” hesabında canlı yayımda çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə koronavirusla bağlı vəziyyət stabildir.

“Bəzən xəstəliyi yüngül keçirənlər xəstəxanaya müraciət etmir və statistika real rəqəmi tam göstərmir. Amma vəziyyət normaldır. Koronavirusun yeni mutasiya olunmuş ştamları meydana gələ bilər. Bunun necə olacağı məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib”, – deyə o əlavə edib.