SƏHİYYƏ NAZİRLİYİ: AŞURA GÜNÜ KÖNÜLLÜ QANVERMƏ AKSİYALARINDA 1040 LİTR QAN TƏDARÜK OLUNUB

Qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü könüllü qanvermə aksiyaları keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə aksiya zamanı Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən ümumilikdə 1040 litr qan tədarük olunub.

X X X

Qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü könüllü qanvermə aksiyaları keçirilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saat 12:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub.

Qanvermə aksiyaları respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilir.

Aksiyalar səhər 9:00-dan başlayıb.