Vətəndaşlar sırf COVID-19 ilə bağlı yox, digər səbəblərdən də müarciət edirlər. Müraciətlər çox olduğuna görə, test götürülməsində gecikmələr ola bilər.
Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
“Vətəndaşlar yüngül simptom olan kimi 103-ə müraciət edirlər. Belə halda onların sahə poliklinikalarına müraciət etmələri daha uyğun olardı”, – nazir vurğulayıb.