ŞƏHİDLƏR XİYABANINDA 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI HAZIRLIQ İŞLƏRİ APARILIR

20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən, Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanılıb.

Faciənin ildönümü ilə əlaqədar qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Şəhidlər Xiyabanı və ətrafında təmizlik və abadlıq işləri aparılır.

Cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilir, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.

İşlərin yanvarın 19-da yekunlaşdırılması planlaşdırılır.