ŞƏHƏRSALMA VƏ TİKİNTİ MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİK EDİLİB

Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838 (Cild I) 11.2.4-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“11.2.4. bərpa olunan enerji mənbələrinin istehsalı üçün.”.