ŞƏHƏRSALMA VƏ TİKİNTİ İLƏ BAĞLI QANUNDA DƏYİŞİKLİK EDİLİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sənədə əsasən, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa – Məcəllənin qüvvəyə mindiyi gündən 11 il sonra yox, 14 il sonra rəqəmi ilə əvəz olunub.